Yens Stoltenberq: Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayıram
18.03.2024 [01:09]
Xəbərin mətni
Mən Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayıram və ölkənizin qazın çatdırılmasında, eləcə də gələcək enerjinin, yəni, elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynadığını görməkdən məmnunam.
AZƏRTAC xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.