CƏMİYYƏT


Orxan Rzayev: Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarından 9 nəfərin şəxsiyyəti müəyyən edilib

Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 9 nəfərin şəxsiyyəti müəyyən edilib. 9-cu şəxs 1952-ci il təvəllüdlü Nəcəfov Şiraslan Məlik oğludur. Bu sözləri bu gün Baş Prokurorluğunun və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkil etdiyi Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair keçirilən brifinqdə Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini Orxan Rzayev deyib. Orxan Rzayev bildirib ki, istintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 1992-ci il fevralın 26-da Xocalı rayonu ərazisində itkin düşüb.