CƏMİYYƏT
Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanılıb
18.03.2024 [14:53]
Xəbərin mətni
Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görülən tədbirlər nəticəsində Şəmkir rayon sakini, əvvəllər də soyğunçuluq və Rusiya Federasiyasında oğurluğa görə dəfələrlə məhkum olunmuş Şirxan Muxtarov saxlanılıb.