Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürdə suyun səviyyəsi artıb

18.03.2024 [16:13]

Xəbərin mətni

Azərbaycanın ən böyük çayı olan Kürdə suyun səviyyəsi artıb. Sululuğun artması çayın quruması kimi ekoloji fəlakətin demək olar, qarşısını alıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ekoloq Sahib Həsənov bildirib. Onun sözlərinə görə, qarşıdan gələn aprel-may aylarında dağlarda qarın əriməyə başlaması ilə Kürdəki vəziyyət daha da ürəkaçan olacaq.