Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs saxlanılıb

18.03.2024 [16:54]

Xəbərin mətni

Nizami və Nərimanov rayonlarında naməlum şəxs ayrı-ayrı vaxtlarda dörd avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat vasitələrinin ehtiyat hissələrini oğurlayıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alim Mahmudov saxlanılıb. Saxlanılan şəxsin paytaxtda yerləşən mağazalardan birində quraşdırılan ödəmə terminalındakı pul vəsaitini, eləcə də bir ədəd velosiped oğurladığı da müəyyən olunub.