DÜNYA


Çinin cənubunda meşə yanğınının sahəsi genişlənir

Çinin Tibet Muxtar vilayətinin Yajiang rayonu ərazisində başlayan təbiət yanğınını hələ də nəzarət altına almaq mümkün olmayıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, meşə yanğını səbəbindən indiyədək 3396 nəfər təxliyə edilib. Çin Fövqəladə Hallar Nazirliyi yanğının şənbə günü günortadan sonra güclü külək nəticəsində dağ yamaclarına keçdiyini bildirib.