Sabunçu rayonunda marketdə yanğın baş verib
19.03.2024 [11:41]
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində marketdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, marketin 1400kv.m. sahədə anbarı yanıb. Yanğın zamanı anbarın içərisindəki ərzaq malları yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.