CƏMİYYƏT


Baş Dövlət Yol Polisi İdarəsindən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə tövsiyə

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində xidmət aparmaqla yanaşı səfərə çıxmağa hazırlaşan sürücülərə müraciət edərək onlara nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi, avtomobili günün işıqlı vaxtında idarə etməyə üstünlük verməyi, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamağı, sərnişinlərə də bu vacib qaydaya əməl etməyi tövsiyə edir.