Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

19.03.2024 [13:05]

Xəbərin mətni

Macarıstanın paytaxtı Budapeştdə “Doing Business in Azerbaijan” (“Azərbaycanda sahibkarlıq”) mövzusunda biznes forum keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tərəfindən Azərbaycanın Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəsinin aparatı və Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) ilə birgə təşkil olunub.