CƏMİYYƏT
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
19.03.2024 [16:03]
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bunu AZƏRTAC-a müsahibəsində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nəzrin Adıgözəlzadə deyib.