CƏMİYYƏT
FHN yanğın təhlükəsizliyinə qarşı əhaliyə çağırış etdi
19.03.2024 [19:15]
Bu görüntülər bayram günlərində yandırılan tonqalların törətdikləri fəsadların görüntüləridir. Kiçik bir ehtiyatsızlıq ən yaxşı halda mala, pis halda cana zərər yetirir. Bəzən tonqalların böyüklüyü o qədər olur ki, alovlar ağacları da yandırır. Bu kimi halların baş verməməsi üçün Fövqalədə Hallar Nazirliyi əhalini yanğın təhlükəsizliyi qaydalarına ciddi riayyət etməyə çağırır.