CƏMİYYƏT


Tovuzda yeniyetməni elektrik cərəyanı vurdu

Tovuzda ilaxır çərşənbədə yeniyetmə faciəvi şəkildə ölüb. Hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Məlumata görə kənd sakini 17 yaşlı Sinan Bağırov çərşənbəni qeyd etmək üçün həmyaşıdları ilə dostlarının birinin evində toplaşıblar. İlkin məlumata görə Sinan əvvəlcədən sərxoş vəziyyətdə olub və yıxılan zaman elektrik xəttlərindən birindən tutub. Bu zaman onu elektrik vurub və yerə yıxılarkən baş nahiyəsi beton parçasına dəyib. Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.