Azərbaycan Dövlət İnformasiya Agentliyi

Goranboyda yerləşən fermalardan birini qəsdən yandıran şəxslər saxlanılıb

21.03.2024 [16:34]

Xəbərin mətni

Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) fermalardan birində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində 230 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla yanğının qəsdən törədildiyi müəyyən edilib.