SİYASƏT


Çinin CGTN kanalının “Mərkəz” proqramının xüsusi buraxılışı Azərbaycana həsr olunub

Çin Mərkəzi Televiziyasının və Çin Beynəlxalq Radisounun daxil olduğu “China Media Group” media korporasiyasının ingilisdilli CGTN kanalının “Mərkəz” proqramının xüsusi buraxılışı Azərbaycana həsr edilib.
AZƏRTAC xəbər verir ki, rəsmi şəxslərlə, nüfuzlu ictimai-siyasi xadimlərlə aktual mövzular ətrafında müsahibələr əsasında hazırlanan verilişin aparıcısı Van Quan proqramın əvvəlində ötən il Bakıda Prezident İlham Əliyevlə müsahibəsini, dövlətimizin başçısının Azərbaycan-Çin münasibətləri, bu əlaqələrin inkişafı ilə bağlı haqqında fikirlərini xatırladıb.