CƏMİYYƏT
Zərdabda yağışdan sonra üzə çıxan qrunt suları evlərə və tövlələrə dolub
22.03.2024 [01:12]
Xəbərin mətni
Son günlər yağan yağışlar Zərdab rayonunda bəzi fəsadlara yol açıb. Daha çox çətinlik rayonun Məlikumudlu kəndində özünü göstərib.
AZƏRTAC xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, aramsız yağan yağışlardan sonra üzə çıxan qrunt suları evlərə, tövlələrə, yardımçı tikililərə dolub.