Çin hidrogenlə işləyən qatarı sınaqdan keçirib
22.03.2024 [12:10]
Çinin “CRRC Changke” şirkəti hidrogen yanacağı ilə işləyən qatarı sınaqdan keçirib. AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Qatar Çançunda (Şimal-Şərqi Çində əyalət) xüsusi xətt üzrə sınaqdan keçirilib. Qatar 160 km/saat sürətlə hərəkət edib. Ekspertlər bildiriblər ki, sınaq Çinin dəmir yolu nəqliyyatı sənayesində hidrogen enerjisi texnologiyasının tədqiqi, inkişafı və tətbiqində mühüm mərhələdir.