DÜNYA
Çin orbitə bir neçə peyk göndərib
22.03.2024 [14:25]
Çin atmosfer mühitini öyrənmək və müşahidə etmək üçün orbitə peyklər qrupu göndərib.
AZƏRTAC xəbər verir ki, “Yunhai-2 02” peyklərini orbitə aparan “Böyük yürüş-2D” (Long March-2D) daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Ciuçüen peyk buraxılış mərkəzində günorta saatlarında baş tutub. “Çin kosmos elmləri və texnologiyaları” korporasiyası peyklərin planlaşdırılan orbitə daxil olduğunu açıqlayıb. “Yunhai-2” seriyasından 2-ci mərhələnin peykləri atmosfer mühitinin müəyyənləşdirilməsi, kosmosun monitorinqi, təbii fəlakətlərin nəticələrinə qarşı mübarizə və elmi məqsədlər üçün istifadə olunacaq.
Qeyd edək ki, bu, “Böyük yürüş” seriyasından 513-cü raket buraxılış olub.
09.05.2024 [16:10]
08.05.2024 [15:29]
08.05.2024 [15:05]
08.05.2024 [19:35]
08.05.2024 [19:14]
08.05.2024 [19:08]
09.05.2024 [12:56]
08.05.2024 [19:44]
04.05.2024 [21:02]
08.05.2024 [17:32]
08.05.2024 [14:57]
03.05.2024 [17:30]
02.05.2024 [15:32]
02.05.2024 [15:28]
02.05.2024 [15:19]
08.05.2024 [12:25]