Rusiya Federal Təhlükəsizlik Xidməti: Terror aktı nəticəsində 40 nəfər ölüb, 100-dən çox şəxs yaralanıb
22.03.2024 [23:53]
İlkin məlumata görə, terror aktı nəticəsində 40 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb.