SİYASƏT


Azərbaycan vətəndaşları Bakıda Rusiya səfirliyinin qarşısında terror qurbanlarını yad edir

Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin xatirəsi Rusiya Federasiyasının Bakıdakı səfirliyinin qarşısında da anılır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının sadə vətəndaşları, ictimaiyyət nümayəndələri səfirliyin qarşısına gül dəstələri düzür, həlak olanların xatirəsinə dualar oxuyurlar.