Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

“Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayı 133-ə çatıb

23.03.2024 [20:52]

Xəbərin mətni

Moskvada terror aktı nəticəsində ölənlərin sayı 133-ə çatıb. AZƏRTAC xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsi bildirib. Qeyd olunub ki, “Crocus City Hall”da dağıntıların bir hissəsi təmizlənib. Nəticədə ölənlərin sayının 133 nəfərə çatdığı məlum olub. Axtarış tədbirləri davam edir.