DÜNYA


Rusiyada Ümumxalq hüzn günüdür

Moskvadakı “Crocus City Hall”da törədilən terror aktına görə, martın 24-ü Rusiyada Ümumxalq hüzn günü elan edilib. Rusiyada yaşayan vətəndaşlar “Crocus City Hall”ın önünə gələrək terror qurbanlarının xatirəsini yad edir. Qeyd edək ki, Moskvada terror aktı nəticəsində 133 nəfər həlak olub. Xəsarət alanların sayı isə 152 nəfərə çatıb.