Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Füzuli şəhərinə daha 35 ailə yola salınıb

27.03.2024 [11:49]

Xəbərin mətni

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 134 nəfər köçürülüb.