Çin atmosferi araşdırma peykini orbitə buraxıb
27.03.2024 [12:25]
Xəbərin mətni
Çin Şansi əyalətindəki Taiyuan mərkəzindən atmosferi araşdırma peykini orbitə buraxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Zhongguo Ribao Wang" saytı məlumat yayıb.
“Yunhai-3 02 Star” peyki ilə birlikdə "Long March 6" raketinin dəyişdirilmiş versiyası yerli vaxtla saat 06:51-də (Bakı vaxtı ilə 02:51) buraxılıb.