CƏMİYYƏT


Füzulidə daha 35 ailəyə mənzillərin açarları təqdim olunub

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 35 ailə olmaqla, 134 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Yeni köçən ailələrə ANAMA əməkdaşları tərəfindən, mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.