CƏMİYYƏT


“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

“Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz. Səfalı, görməli yerlərdir. Bilirəm ki, hamı tələsir”.
“YAŞAT” Fondundan AZƏRTAC-a verilən məlumata görə, bu fikirləri səsləndirən müharibə əlili Hətəmov Elçin Sabir oğlu 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə könüllü olaraq qatılıb, Füzuli, Qubadlı və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib.