Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb
28.03.2024 [15:06]
Xəbərin mətni
Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Mustafayev Sərxan saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.