CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti birgə taktiki-xüsusi təlim keçirib. Cəmiyyətin Bakı Vaqon Təmiri Zavodunun Biləcəri yuyucu-buxarlayıcı sahəsində keçirilmiş təlim yuyucu-buxarlayıcı sahədə baş verə bilən fövqəladə hallar zamanı struktur bölmələrin qarşısında qoyulan tapşırıqların operativ yerinə yetirilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə təşkil olunub. Təlim iki mərhələdən – Şəxsi heyətin yüksək hazırlıq dərəcəsinə gətirilməsi, hadisə rayonuna yürüşü və toplanma rayonunda yerləşdirilməsi və Baş vermiş fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasından ibarət olub.