SİYASƏT


Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin nüfuzlu siyasi ali tədris mərkəzi “Science Po” Universitetində “Junior Diplomatic İnitiative” tərəfindən təşkil olunmuş “Rəqabət və kövrəklik arasında diplomatiya; Enerji diplomatiyası: problemlər, tendensiyalar və enerjinin gələcəyi” adlı konfransda çıxış edib. AZƏRTAC xəbər verir ki, səfir L.Abdullayeva konfransda Azərbaycanın enerji siyasətindən və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyindən danışıb. Bildirib ki, Azərbaycanın adı neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. Azərbaycan böyük bərpaolunan enerji potensialına malikdir və hazırda alternativ enerjiyə uğurla keçid edən ölkə nümunəsidir.