CƏMİYYƏT


Gəncədə baş verən yanğın söndürülüb

Hadisə Heydər Əliyev prospekti bina 3 ünvanında yerləşən, 3 mərtəbəli binanın dam örtüyündə baş verib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 10- na yaxın yanğınsöndürən avtomobili və 50-dən çox canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb.
Hadisə zamanı həyəcanlanan və səhhətlərində problem yaranan bir neçə sakinə tibbi yardım göstərilib.