CƏMİYYƏT


Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Ötən il Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,7 milyard dollar təşkil edib. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov tədiyyə balansına həsr olunan brifinqdə deyib.