Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub
29.03.2024 [14:59]
Xəbərin mətni
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 35 ailə olmaqla, 138 nəfər Füzuli sakini doğma yurduna qovuşub.