CƏMİYYƏT
Laçında daha 25 ailəyə evlərinin açarları təqdim olunub
30.03.2024 [18:52]
Xəbərin mətni
Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə və Zabux kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.