CƏMİYYƏT


Xocalıda dəfn edilmiş İsmayıl İsmayılovun qızı: 32 ildən sonra gözümüz yollardan yığıldı

“Bilmirdik atam İsmayıl İsmayılovun ölüb, ya əsir düşüb. 32 ildir itkin idi, heç bir xəbər yox idi. 32 ildən sonra bizə xəbər gəldi ki, atanızın nəşi tapılıb”. Bu sözləri AZƏRTAC-ın Xocalıya ezam olunmuş əməkdaşına müsahibəsində martın 31-də dəfn edilmiş İsmayıl İsmayılovun qızı Gülnaz İsmayılova deyib.
“Əsas odur gözümüz yollardan yığıldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Bizim kimi ata yolu gözləyən, gözü yolda qalan övladların, ailələrin gözləri yollardan yığılsın. Ən azı nəşi tapılsın, bir məzarları olsun, ziyarət edə bilsinlər”, - deyə o əlavə edib.