CƏMİYYƏT


Bakıda baş verən yanğın nəticəsində 15 nəfər xəsarət alıb - TƏBİB

Nərimanov rayonunda Həsən Əliyev küçəsində 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Yanğın nəticəsində hadisə yerinə dərhal 13 təcili yardım briqadası cəlb olunub.