Azərbaycan Dövlət İnformasiya Agentliyi

Evi qəzalı hala düşən ailə üçün çadırlar quruldu

01.04.2024 [09:54]

Fövqəladə Hallar Nazirliyinə Yardımlı rayonu, Vərgədüz kənd sakini Məmiyeva Validə Əşrəf qızına məxsus evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub. Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün müvəqqəti yaşayış məqsədilə ailə üzvlərinin sayı nəzərə alınaraq 2 ədəd çadır ev qurularaq vətəndaşa təhvil verilib.