CƏMİYYƏT


NİİM sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “sarı tor”un üzərində dayanıb sıxlıq yaradan sürücülərə müraciət edib.
Bildirilib ki, sürücülər səbirsizlik edib svetoforun son saniyələrini gözləmirlər, yolun ortasında qalıb digər nəqliyyat vasitələrinin hərəkətinə mane olurlar: "Paytaxtın əksər küçə və prospektlərində bəzi sürücülərin bir neçə saniyə irəli düşmək istəyi, əsasən də mərkəzi küçə və prospektlərdə sıxlığın yaranmasına səbəb olur. Sürücülər svetoforun yaşıl işığının bitməsinə 1-2 saniyə qalmış hərəkət edərək kəsişmələrin ortasında, “sarı tor”un üzərində dayanıb sıxlıq yaradırlar. Xüsusilə də axşam saatlarında yollarda yaranan sıxlığı daha da artıran bu cür sürücülərin qaydalara əməl etməməsi diqqətdən kənarda qalmır".