SİYASƏT


Avstraliya parlamentində Azərbaycanla dostluq qrupu yaradılıb

Avstraliya İttifaqının qanunverici orqanı olan federal parlamentdə 9 senator və 14 konqresmendən ibarət Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilib.
Ölkəmizin Avstraliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfirliyin təşəbbüsü və ardıcıl səyləri nəticəsində yaradılan qrupun sədri federal parlamentin Seçki Komitəsinin üzvü, hakim Leyboristlər Partiyasının nümayəndəsi Mayk Frilander, sədrin müavini isə müxalifət Liberal Partiyasından Rik Vilsondur.