CƏMİYYƏT
Nazir: Azərbaycanın qaz imkanları Rumıniya, Avropa bazarına qapıdır
01.04.2024 [16:17]
“Azərbaycanın qaz imkanları Rumıniya, Avropa bazarına bir qapıdır. Azərbaycan qazının Avropaya, Rumıniyaya axması da bizim marağımızdadır”. Bunu Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasının yekunlarına həsr olunan brifinqdə deyib.