Tanınmamaq üçün “parik” taxan oğru saxlanılıb
01.04.2024 [18:49]
Xəbərin mətni
Paytaxtın Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs müxtəlif vaxtlarda 15 vətəndaşın evini talayaraq pul, qızıl-zinət və digər qiymətli əşyaları ələ keçirib. Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Şöhəsinin (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyatlarla hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şamo Əhmədov saxlanılıb. Dindirmə zamanı saxlanılan şəxsin evləri talayarkən kimliyini gizli saxlamaq üçün süni taxma saçdan (“parik”) istifadə etdiyi də müəyyən olunub. Ş.Əhmədov oğurladığı zinət əşyalarını satdığını bildirib.