Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Rumıniya nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

01.04.2024 [20:55]

Ölkəmizdə səfərdə olan Rumıniyanın energetika naziri, Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub. Mərkəzin direktoru Nigar Məmmədova qonaqları Mərkəzin fəaliyyəti ilə tanış edib. Azərbaycanda şəhid ailələri üzvləri və əlilliyi olan şəxslərin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, aztəminatlı ailələrin üzvlərinin və digər həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar barədə qonaqlara məlumat verilib. Həmçinin həssas qrupların yaradıcı potensialının dəstəklənərək inkişaf etdirilməsinin mühüm prioritetlərdən olduğu bildirilib. Nümayəndə heyəti mərkəzdə yaradılan şərait, benefisiarların müxtəlif istiqamətlərdə (təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma, bədii oyma, floristika, kulinariya, səhnə ifaçılığı, kapoeyra və s.) bacarıqlarının təkmilləşdirilməsi üçün keçirilən təlimlərlə, benefisiarların yaradıcılıq nümunələri ilə tanış olublar.