Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda liftdə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

02.04.2024 [09:44]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən səkkizmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən səkkizmərtəbəli çoxmənzilli yaşayış binasının lifti səkkizinci mərtəbəyə keçiddə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.