CƏMİYYƏT


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan Günü və iftar süfrəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir Poklonnaya qoradakı Memorial məscidində açılan “Ramazan çadırı”nda Moskva şəhəri Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə keçirilib və “Ailə ili”nə həsr olunub.