CƏMİYYƏT
İctimai nəqliyyatda cibgirlik edən şəxslər saxlanılıblar
02.04.2024 [14:53]
Xəbərin mətni
Bakının Sabunçu, Suraxanı və digər rayonlarında polisin keçirdiyi tədbirlər nəticəsində ictimai nəqliyyatda cibgirlik edən əvvəllər məhkum olunmuş Emil Məmmədov və Rövşən İsmayılov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslərin avtobuslarda sərnişinlərin pul, mobil telefon və digər qiymətli əşyalarını taladıqları müəyyən olunub.