CƏMİYYƏT


Baş prokuror: Cinayət prosessual qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıb

Rəqəmsallaşma prosesini həssaslıq və dəqiqliklə həyata keçirməliyik. Bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev aprelin 2-də keçirilən “Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib. "Rəqəmsallaşma cəmiyyətin bütün sahələrində gedir. Lakin cinayət proseslərində bu xüsusi sahədir və çox həssaslıq və dəqiqliklə bu prosesi həyata keçirməliyik. Cinayət prosessual qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıb", - deyə K.Əliyev bildirib.