CƏMİYYƏT
Fuad Ələsgərov: Budapeşt konvensiyası əsasında ölkəmizdə qanun layihəsi hazırlanıb
Məhkəmə icraatının bütövlükdə elektron müstəviyə keçidinin təmin edilməsi ilə əlaqədar araşdırmalar və müzakirələrin davam edir. bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov aprelin 2-də keçirilən Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib. "Texnoloji yeniliklərin cinayət mühakimə icraatına tətbiqi üçün vahid hüquqi çərçivənin müəyyən edilməsi sahəsində uğurlu beynəlxalq hüquq alətlərindən biri Kibercinayətkarlıq haqqında Budapeşt konvensiyasıdır. Həmin konvensiya əsasında ölkəmizdə qanun layihəsi hazırlanıb və cinayət məcəlləsinə kibercinayətlər adlı fəsil əlavə edilib. Bununla da qanunvericiliyimiz bu növ cinayətlərə qarşı maddi hüquqi baxımından müvafiq hüquqi bazaya malik olub", - deyə F.Ələsgərov bildirib.