Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhkəmə-Hüquq Şurasının sədri: Ədalət mühakiməsi prosesinin rəqəmsallaşdırılması qaçılmazdır

02.04.2024 [16:36]

Xəbərin mətni

Ədalət mühakiməsi prosesinin rəqəmsallaşdırılması qaçılmazdır. Bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov “Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib. Vətəndaşın gözləntisi daim artmaqdadır. İşimizi buna uyğun qurmalıyıq ki, məmnunluğa nail olaq. Hər bir rəqəmsal layihə dövlətin rəqəmsal siyasətinin tərkib hissəsidir. Rəqəmsallaşma Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətinin tərkib hissəsidir. Həmin siyasətin tərkibində ədalət mühakiməsi prosesinin rəqəmsallaşdırılması qaçılmazdır ", - deyə İ.Kərimov qeyd edib.