Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaxda Aşağı Malax-Qaşqaçay-Armudlu yolu yenidən qurulub

02.04.2024 [19:01]

Xəbərin mətni

Qax-Qaşqaçay-Armudlu avtomobil yolunun 11-ci km-dən ayrılan və uzunluğu 12,5 km olan Aşağı Malax-Qaşqaçay-Armudlu yaşayış məntəqələrini əlaqələndirən avtomobil yolları əsaslı şəkildə yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrdir. Aparılan işlər çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol əsasının inşası yerinə yetirilib, yolboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.