DÜNYA


İstanbuldakı yanğında ölənlərin sayı 29 nəfərə çatıb

İstanbulun Beşiktaş rayonunda 16 mərtəbəli binanın zirzəmi qatında səbəbi hələlik bilinməyən yanğın nəticəsində ölənlərin sayı 29-а yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İstanbul valiliyi açıqlayıb.
Yanğında ağır yaralanan bir nəfərin müalicəsi davam etdirilir.
Ədliyyə naziri Yılmaz Tunc hadisədə təqsirli bilinən beş nəfərin saxlanılması ilə bağlı qərar qəbul edildiyini, İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başlandığını bildirib.