CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi tərəfindən metroda təlim keçirilib

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Əhmədli” stansiyasında taktiki-xüsusi təlim keçirilib. Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib. Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Əhmədli” stansiyasında 50 saylı şaxtanın idarəetmə şkafında “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.