CƏMİYYƏT


DYP gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi aprelin 4-də ölkə ərazisində hava şəraitinin güclü küləklə müşayiət olunan kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edib.
Bu barədə AZƏRTAC-a idarədən məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı tövsiyə edib.